Skip to main content

Master Coach Sertifikat Proqramı

Sizi inamla, avtoritetlə və sertifikatla kouçluq etməyə hazırlayan addım-addım transformativ onlayn təlim - müştəriləri və özünüzü real dönüş nöqtələrinə aparmaq və premium kouçluq praktikası qurmaq üçün.

60

MƏZUN

100

SAAT superviziya

1

İL Praktika Müddəti

3

ayda sertifikat alma imkanı

Niyə Məhz Master Coach?

Əksər kouçluq proqramları anlayışları öyrədir — lakin dərin, inamlı və davamlı kouçluğun necə aparılacağını və bu sahədə necə biznesinizi qura biləcəyinizi öyrətmir.

Master Coach Sertifikasiyası bu boşluğu doldurmaq üçün yaradılıb:

  • Unikal metodologiya əsasında qurulub: həm kouç olmağı , həm də işinizi qurmağı eyni anda paralel öyrənirsiniz
  • Real müştərilərlə praktika üzərində tətbiq olunub: qarşılıqlı sessiyalarla praktiki biliyi artırıb özgüvəni bərpa edirsiniz
  • 1 il şəxsi superviziya ilə dəstəklənir — burada hər həftə öz üzərində və öz nəticələrin üzərində işləyə biləcəyin açıq sessiyalar baş verir
  • Komandamızın və məzunlarımızın güclü icması tərəfindən hər zaman dəstəklənirsiniz
  • Bu təlim Asya Rovshen Academy tərəfindən ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində həyata keçirilmişdir.


Burada yalnız nəzəriyyə deyil, tətbiqi kouçluq ustalığı öyrənəcəksən.


Kurikulum İcmalı 

Modul 1 — Birinci Həyat Səviyyəsi
Yaşamaq, Reaksiya və Şüuraltı Nümunələr

Bu modul əsasən emosional reaktivlik və şüuraltı proqramları 1:1 keçmişdən proqramlama ilə yaşayan müştəriləri tanımağa və onlarla işləməyə fokuslanır.

Nə öyrənirsən:
  • Müştərilərdə birinci həyat səviyyəsi proqramlarını tanımaq
  • Emosional sağ qalma mexanizmləri və avtomatik reaksiyalar
  • Niyə təkcə anlayış bu səviyyədə dəyişiklik yaratmır
  • Müştərilər məsuliyyətə hazır olmadıqda kouçluq sərhədləri
  • Dərin işdən əvvəl sinir sistemini sabitləşdirmə
  • Müştərinizə və özünüzə pul, münasibət və həyat tərzi ilə bağlı nəticələr vermək
Modul 2 - İkinci Həyat Səviyyəsi
Şüur, Seçim və “MƏN” fiqurunun Məsuliyyəti

Bu modul reaksiya səviyyəsindən çıxıb şüurlu öz-liderliyə keçməyə hazır olan müştərilərlə işləməyi öyrədir.

Nə öyrənirsən:
  • Müştərini reaksiyadan müşahidəyə keçirmək
  • Şüurlu seçim və şəxsi məsuliyyətin inkişafı
  • İnamlar, nümunələr və daxili dialoqla işləmək
  • Lüks, pul, biznes, cinsəllik , sevgi və biznes üzrə nəticələr vermək
  • Müştəridə özünə güclü dayaq mexanizmləri yaratmaq
Modul 3 — Üçüncü Həyat Səviyyəsi
Təslimiyyət, Yaratım və Xidmət

Bu modul ən yüksək səviyyədə kouçluq üçündür — burada kimlik, qərarvermə və xarici nəticələr inteqrasiya olunur.

Nə öyrənirsən:
  • Emosiyadan deyil, avtoritetdən çıxış edən lüks müştərilərlə işləmək
  • Böyük işlər qurmaq üçün nəticələr vermək
  • Daxili strukturu xarici nəticələrlə uyğunlaşdırmaq
  • Məqsəd, vizyon və uzunmüddətli strategiya ilə işləmək
  • Yüksək potensiallı müştəriləri nə kiçiltmədən, nə də həddən artıq idarə etmədən saxlamaq


Modul 4: Tətbiqi Praktikalar və İnteqrasiya Alətləri
İnteqrasiya olunan praktikalar:
  • Hər həyat səviyyəsi üçün kouçluq praktikaları
  • Şüuraltı nümunələri üzə çıxaran kouçluq oyunları
  • Dərin diaqnostika üçün MAK (Metaforik Assosiativ Kartlar)
  • Həyat səviyyələri keçidinə uyğun bələdçi meditasiyalar yazmağın texnikası
  • İnteqrasiya və öz-şüur üçün yazı və refleksiya texnikaları


Bu Proqram Kimlər Üçündür?

Bu proqram sənə uyğundur əgər sən:

✔️Etibarlılığını artırmaq istəyən kouçsansa

✔️Həyatını yüksəltmək üçün: yalnız öz üzərində işləmək və praktika etmək istəyən adi bir

insansansa.

✔️Premium kouçluq praktikası quran sahibkarsansa

✔️Həyat tərzini və işini yüksəltməyə hazır olan peşəkar birisənsə.


 Sənə uyğun deyil:

❌Qısa yollar axtaranlar üçün

❌Ümumi motivasiya istəyənlər üçün

Premium kouçluq praktikası quran sahibkarsansa

❌Real kouçluq praktikasına hazır olmayanlar üçün


Master Coach Sertifikasiyasının sonunda sən bacaracaqsan:

Peşəkar Kouçluq Ustalığı:
  • Strukturlaşdırılmış kouçluq çərçivələrini aydınlıqla tətbiq etmək
  • Müştərilərdə güclü dönüş nöqtələri yaratmaq
  •   Sessiyaları inamla və dəqiqliklə idarə etmək


Təsir və Nəticələr:
  • Səthi motivasiyaya deyil, dərin transformasiyaya kouçluq etmək
  • Müştəri inkişafını ardıcıl şəkildə qiymətləndirmək və yüksəltmək
  • Fərqlənən kouçluq yanaşması qurmaq


Peşəkar Avtoritet:
  • Açıq şəkildə nümayiş etdirə biləcəyin sertifikat əldə etmək
  • Müasir metodologiyaya əsaslanan qabaqcıl texnikalardan istifadə etmək
  •  Aydınlıq və bacarıq baxımından yüksək səviyyəli sertifikatlı kouçlarla eyni sırada dayanmaq


Asya Rustamli və CHM Metodologiyası haqqında

Asya Rustamli mentor-kouç, sistem düşüncəli mütəxəssis və Master Coach Sertifikat Proqramının Qurucusudur. O, Asya Rovshen Academy-nin təsisçisi və CEO-sudur.


O, CHM Metodologiyasının yaradıcısıdır — üç əsas həyat səviyyəsi üzərində qurulmuş strukturlaşdırılmış kouçluq çərçivəsi. Bu metod fərdlərin daxili qeyri-sabitlikdən aydınlığa, avtoritetə və davamlı nəticələrə keçməsinə kömək edir.


CHM metodu 10.000-dən çox müştəri üzərində tətbiq olunmuşdur və şəxsi transformasiya, qərarvermə, emosional tənzimləmə və peşəkar inkişaf sahələrində effektivliyini sübut etmişdir.


CHM Metodu: Metodologiya üç fərqli həyat səviyyəsini müəyyən edib inteqrasiya etməklə işləyir:

Bu çərçivə kouçlara müştərinin həqiqətən harada olduğunu dəqiq diaqnoz etməyə imkan verir — yanlış səviyyəyə ümumi texnikalar tətbiq etmədən.

Asya Rustamli

Asya Rüstəmli biznesini sıfırdan qurub — cəmi 60 manatla, xarici maliyyə dəstəyi və miras qalmış şəbəkə olmadan.


Qısa yolların dalınca qaçmaq əvəzinə, o ilk olaraq bir şeyə davamlı investisiya etdi:

nəticələrin arxasında duran şüuraltı iş və daxili struktur formalaşdırmağa. Çünki, hər şey ilk öncə daxildən başlayır.


Bu qərar həm biznesinin böyüməsini, həm də kouçluq fəlsəfəsini formalaşdırdı:


Davamlı uğur təsadüfi deyil — daxildən qurulur.


Bu gün onun işi kouçları aşağıdakılarla işləməyə hazırlamağa fokuslanır:

 • təsisçi kimi lider yanaşması

 • etik avtoritet

 • aydın metodoloji struktur


Bu Niyə Hər kəs Üçün Vacibdir?

Master Coach Sertifikasiyası trendlər və ya götürülmüş sistemlər üzərində qurulmayıb. O, aşağıdakılara əsaslanır:

Real müştəri işi
Test edilmiş çərçivələr
Yaşanmış tətbiq
Maksimal
Produktivlik

Sən sadəcə nəzəriyyə öyrənmirsən — həyat səviyyələri üzrə transformasiyanı görməyi, qiymətləndirməyi və yönləndirməyi öyrənirsən. Bu, danışan kouçu nəticə yaradan kouçdan ayıran əsas fərqdir.

Konsultasiyaya Yazıl

Rəylər

“Bu təlim müştərilərlə işimi tam dəyişdi — bir neçə ay ərzində inamım və müştəri saxlanma. göstəricilərim ciddi şəkildə artdı.”


“Burada öyrədilən çərçivələr aydın, strukturlaşdırılmış və güclüdür — indi təkcə kouçluq etmirəm, həm də öz şirkətimin rəhbəriyəm.”

Faydalar və Əldə Edəcəklərin

  1. Tamamlama Sertifikatı. Ustalığını nümayiş etdirmək üçün üç peşəkar sənəd: Life Coach Sertifikaı (CARDCERT təsdiqli), Business Coach Sertifikatı (ECF təsdiqli) və BEYNƏLXALQ İZLƏNƏBİLƏN KOUÇ VƏSİQƏSİ.
  2. Peşəkar Çərçivələr və Alətlər. Addım-addım kouçluq şablonları və prosesləri.
  3.  Peşəkar İcma. Əməkdaşlıq, rəy və məsuliyyət üçün eksklüziv qrup.
  4.  Resurs Kitabxanası. Şablonlar, iş vərəqləri, qeydlər və bələdçilər.
  5. Canlı Kouçluq Laboratoriyaları. Real zamanda praktika sessiyaları 1 il davam edir.





Necə İşləyir?

  1. Bu gün müraciət et — Qısa müraciət formasını doldur və ödənişsiz diaqnoztik sessiya al.
  2. Qəbul ol — Hazırlıq səviyyənə uyğun olaraq nəzərdən keçirilir.
  3. Təlimə başla — Canlı və yazılmış modullar başlayır.
  4. Praktika + Ustalaşma (3ay)— Bacarıqları real mühitdə tətbiq et.
  5. Sertifikat al — Ustalığını nümayiş etdir və sertifikatlı icmaya qoşul.

Tez-Tez Verilən Suallar

Cavab: Bu sertifikasiya ustalıq və etibarlılıq axtaran kouçlar üçün peşəkar şəkildə hazırlanıb. Kouçluq sahəsində geniş hörmət edilən alətlər və bacarıqlar verir və proqramı uğurla bitirdikdə Master Coach Sertifikatları təqdim olunur. Akkreditasiyalarımızı Cardcert və ECF təqdim edir, Asya Rovshen Academy imzalı və möhürlü 60+ saatı təsdiq edən sənədlə də möhkəmləndirilir.

Cavab: Həm yeni başlayan, həm də təcrübəli kouçlar üçün uyğundur. Ustalığa və real təsirə sadiqsənsə, xoş gəlmisən. Burada bir çox tələbə kouç olmaq üçün yox, sırf özü üçün qatılır

Cavab: Proqram müəyyən müddət ərzində strukturlaşdırılıb və bələdçi modullar, praktika laboratoriyaları və qiymətləndirmələrdən ibarətdir. 3 ay əsas hissə, 9 ay isə praktiki hissə var. Proqramda 3 ay sonra sertifikatı ala bilirsiniz, ilk həftədən isə artıq işləməyə başlamaq və öz şirkətini belə qurmaq olar.

Konsultasiyaya yazıl